...
...

Heydər Əliyev Mərkəzi

Təhlükəsizlik Sistemlərinin Modernizasiyası

Heydər Əliyev Mərkəzində təhlükəsizlik infrastrukturunun təkmilləşdirilməsi məqsədilə videomüşahidə və monitorinq sistemləri tamamilə yenilənmişdir. Layihə çərçivəsində aşağıdakı işlər həyata keçirilmişdir:

  • Videomüşahidə və infrastrukturun yenilənməsi: Əvvəl istifadə olunan analoq və köhnə videomüşahidə sistemi müasir, IP əsaslı kameralar və sistemlərlə əvəz edilmişdir. Şəbəkə üzərindən idarəolunan, genişmiqyaslı monitorinqi təmin edən sistemlər inteqrasiya edilmişdir.
  • Videoanalitik həllər və avtomatik təhlükəsizlik bildirişləri: Videoanalitik həllər tətbiq edilərək, insanların intensiv hərəkət etdiyi zonalarda potensial təhlükələrin avtomatik aşkarlanması təmin olunmuşdur. Şübhəli fəaliyyətlər real vaxt rejimində analiz edilərək təhlükəsizlik əməkdaşlarına dərhal bildiriş göndərilməsi sistemi qurulmuşdur.
  • Monitorinq və idarəetmə mərkəzi: Bütün sistemlər vahid monitorinq mərkəzinə inteqrasiya edilərək, real vaxt rejimində izləmə və operativ müdaxilə imkanı yaradılmışdır.

Bu yenilənmələr sayəsində Heydər Əliyev Mərkəzində təhlükəsizlik səviyyəsi əhəmiyyətli dərəcədə artırılmış, risklərin vaxtında aşkarlanması və operativ reaksiya vermək imkanı optimallaşdırılmışdır.