“AzerGold” QSC
Poçt serverinin miqrasiyası
“AzerGold” QSC-üçün kritik infrastruktur hesab edilən mail sisteminin daha innovativ və müasir həllə miqrasiyası uğurla həyata keçirilmişdir. Layihə çərçivəsində:
- Fasiləsiz miqrasiya prosesi: Mövcud mail infrastrukturu heç bir dayanma və durma olmadan yeni, daha təhlükəsiz və optimallaşdırılmış sistemə köçürülmüşdür.
- Yüksək etibarlılıq və təhlükəsizlik: Yeni həll yüksək mövcudluq, məlumat qorunması və kibertəhlükəsizlik standartlarına tam uyğun şəkildə tətbiq edilmişdir.
- Kritik infrastrukturun gücləndirilməsi: Mail sisteminin stabil işləməsi üçün optimallaşdırılmış infrastruktur təmin olunmuş, məlumatların təhlükəsizliyi və sürətli çatdırılması üçün qabaqcıl həllər inteqrasiya edilmişdir.
Bu yenilənmə nəticəsində “AzerGold” QSC-in mail infrastrukturu daha təhlükəsiz, etibarlı və davamlı işlək vəziyyətə gətirilmişdir.