...
...

Şuşa Şəhər Dövlət Qoruq İdarəsi

İT İnfrastrukturunun Qurulması və Təhlükəsizlik Həlləri

Şuşa Şəhər Dövlət Qoruq İdarəsində müasir və etibarlı İT infrastrukturunun qurulması məqsədilə genişmiqyaslı işlər həyata keçirilmişdir. Layihə çərçivəsində aşağıdakı sistemlər tətbiq edilmişdir:

  • Giriş-çıxışa zəzarət sistemi: Əraziyə giriş və çıxışların idarə olunması üçün müasir nəzarət mexanizmləri tətbiq edilmiş, təhlükəsizlik tələblərinə uyğun keçid sistemləri qurulmuşdur.
  • Strukturlaşdırılmış kabel sistemi (Zəif Axın): Şəbəkə infrastrukturunun stabil və effektiv işləməsini təmin etmək məqsədilə zəif axın sistemləri layihələndirilmiş və tətbiq edilmişdir.
  • Videomüşahidə sistemi: Şəhər və mədəni abidələrin qorunması məqsədilə genişmiqyaslı videomüşahidə həlləri tətbiq olunmuşdur. Sistem real vaxt rejimində monitorinq və təhlükəsizlik nəzarətini təmin edərək, tarixi irsin mühafizəsinə dəstək verir.
  • İP Telefoniya: Daxili və xarici əlaqələrin daha stabil və effektiv idarə olunması üçün müasir İP telefoniya sistemi qurulmuşdur.
  • Server infrastrukturu: Qoruq İdarəsinin İT sistemlərinin dayanıqlılığını təmin etmək üçün yüksək etibarlılığa malik server infrastrukturu qurulmuş, məlumatların təhlükəsiz saxlanılması və idarə edilməsi üçün optimallaşdırılmışdır.

Görülən işlər nəticəsində Şuşa Şəhər Dövlət Qoruq İdarəsində təhlükəsizlik, rabitə və informasiya infrastrukturunun səmərəli idarə olunması təmin edilmişdir.