Azərbaycan Respublikası Maliyyə Nazirliyi
Kritik İnfrastrukturun Modernizasiyası
Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Dövlət Xəzinədarlıq Agentliyi
Maliyyə Nazirliyi və Xəzinədarlıq Agentliyində yüksək etibarlılıq və fasiləsiz işləmə prinsiplərinə əsaslanan kritik infrastruktur həlləri tətbiq edilmişdir. Layihə çərçivəsində aşağıdakı işlər həyata keçirilmişdir:
- Yeni server otağının qurulması: Tier 3 standartlarına uyğun yüksək mövcudluq və dayanıqlılıq təmin edən yeni server otağı inşa edilmişdir. İnfrastruktur enerji təminatı, soyutma və fiziki təhlükəsizlik baxımından beynəlxalq standartlara cavab verəcək şəkildə optimallaşdırılmışdır.
- Miqrasiya prosesi: Mövcud server otağındakı sistemlərin yeni mühitə keçirilməsi minimal fasilələrlə icra olunmuşdur. Planlı keçid strategiyası sayəsində xidmətlərin davamlılığı qorunaraq miqrasiya uğurla tamamlanmışdır.
- Kritik infrastrukturun təkmilləşdirilməsi: İT sistemlərinin sabitliyi və təhlükəsizliyini artırmaq məqsədilə mühüm infrastruktur komponentləri gücləndirilmiş, yüksək mövcudluq və məlumat təhlükəsizliyi təmin edilmişdir.
Bu modernizasiya nəticəsində Maliyyə Nazirliyi və Xəzinədarlıq Agentliyinin İT infrastrukturu daha dayanıqlı və etibarlı hala gətirilmiş, kritik xidmətlərin fasiləsiz fəaliyyəti təmin olunmuşdur.