...
...

DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi

DOST Mərkəzlərində İT və İnfrastruktur Həlləri

DOST Mərkəzlərində müasir texnologiyalara əsaslanan İT və sistem inteqrasiyası həlləri həyata keçirilmişdir. Layihə çərçivəsində aşağıdakı texniki işlər icra edilmişdir:

  • Təchizatın quraşdırılması: İT avadanlıqlarının fiziki qurulumu və sistemə inteqrasiyası həyata keçirilmişdir.
  • Strukturlaşdırılmış kabel sistemi (Low Voltage): Sabit və etibarlı bağlantı təmin etmək üçün strukturlaşdırılmış kabel infrastrukturu qurulmuşdur.
  • Şəbəkə infrastrukturu: Lokal (LAN) və geniş (WAN) şəbəkə bağlantılarının optimallaşdırılması, təhlükəsiz və dayanıqlı bağlantının təmin edilməsi həyata keçirilmişdir.
  • Dayanıqlı gərginlik sistemi (UPS və stabilizasiya): Elektrik təchizatının fasiləsizliyini və sabitliyini qorumaq məqsədilə UPS sistemləri və gərginlik stabilizasiya həlləri tətbiq olunmuşdur.
  • Növbə idarəetmə sistemi: Xidmət prosesini optimallaşdırmaq və vətəndaş məmnuniyyətini artırmaq üçün növbə idarəetmə sistemi quraşdırılmışdır.
  • Giriş-çıxış nəzarət sistemi: İşçi heyətinin və ziyarətçilərin idarəedilməsi üçün biometrik və kart əsaslı giriş-çıxış nəzarət həlləri inteqrasiya edilmişdir.
  • Videomüşahidə (CCTV) sistemi və monitorinq: Təhlükəsizlik səviyyəsini artırmaq üçün IP əsaslı videomüşahidə və real vaxt rejimində monitorinq sistemləri quraşdırılmışdır.

Bu həllər DOST Mərkəzinin təhlükəsizlik, dayanıqlılıq və səmərəliliyini təmin etmək üçün tətbiq edilmiş və uğurla istismara verilmişdir.